AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yanğının baş verdiyi bölgədə dünən baş verən hücumda 30 vətəndaş həyatını itirmişdi.
Müxaliflərin nəzarətində olan ən böyük əyalət olan İdlibdə hava bombardmanı ilə yanaşı xlor qazından da istifadə olunub. Körpələr də daxil olmaqla bir çox insan kimyəvi hücumdan zərər çəkib.
İki ay ərzində rejimin və müttəfiqlərinin sıx hücumlarına məruz qalan İdlibdə təkcə yanvar ayında 211 nəfər həlak olub.
Suriya vətəndaş müharibəsinin martın 15-də yeddinci ili tamam olacaq.