Tovuzda azyaşlını yük maşını vurub öldürdü

6 Fevral 2018 20:57 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 7 yaşlı Əsgərov Elvin Elnur oğlu yoldan keçən zaman mişar daşı ilə yüklü olan “KAMAZ” markalı yük avtomobili tərəfindən vurulub.

Uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.