Azərbaycan nümayəndələri UEFA-nın sammitində iştirak edirlər

6 Fevral 2018 23:07 (UTC+04:00)

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, sammit UEFA İcraiyyə Komitəsi tərəfindən 21 Yanvar 2016-cı il tarixində təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir.

Tədbirdə AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak edir.