"VAZ" ağaca çırpıldı - Sürücü yaralandı

7 Fevral 2018 08:59 (UTC+04:00)

AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Köbər Zəyzid kəndində "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​