Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin ediləcək

7 Fevral 2018 10:20 (UTC+04:00)

“Report”un xəbərinə görə, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə olunub.

Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

AzNews.az