Məcburi köçkünlərin yaşadığı ev yanır

7 Fevral 2018 10:29 (UTC+04:00)

"Report"un yerli bürosu xəbər verir ki, yanğın rayonun Masazır qəsəbəsində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı bir-birinə bitişik olan evlərdən birindən başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər həyata keçirilir.

AzNews.az