Cənubi Koreyada Azərbaycan bayrağı qaldırılıb

7 Fevral 2018 10:50 (UTC+04:00)

“Report” xəbər verir ki, mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarına qatılacaq.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

AzNews.az