AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Seuldan verilən açıqlamada Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Inı Cənubi Koreyada təşkil ediləcək olimpiadaya göndərməyi planlaşdırdığı bildirilib.

İki ölkə nümayəndə heyəti yanvarın 20-də Beynəlxalq Olimpiya Komitəsi vasitəsilə razılığa gəlmişdi.
Razılaşmaya görə, Şimali Koreyadan idmançıların olimpiadaya qatılması və iki ölkə idmançılarının mərasimdə eyni bayraq altında getməsi qərara alınmışdı.