Məktəbdən çıxan şagirdi traktor vurdu

7 Fevral 2018 13:54 (UTC+04:00)

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az