Partiya sədrindən seçki açıqlaması: “O zaman biz də həvəslə boykota qoşulacağıq”

7 Fevral 2018 16:23 (UTC+04:00)

Bu barədə AzNews.az-a partiya sədri Razi Nurullayev məlumat verib. Sədrin sözlərinə görə, rəhbərlik etdiyi partiya seçkilərdə onun namizədliyini dəstəkləyəcək.

R. Nurullayev "niyə boykota getmədiniz" sualını belə cavablandırıb: “Boykot bizim üçün seçkilərin keçirilməsinə mane olmaq, seçki komissiyalarının işini iflic etmək və sonucda YAP-ın aprelin 11-də seçki keçirməkdən imtina edərək müxalifətlə danışıqlara başlaması anlamına gəlir. Əgər bunu edə bilmiriksə, bu, boykot yox, seçkidə iştirakdan imtinadır. Boykot edənlər, sadəcə, seçkidə iştirakdan imtina ediblər. Əgər 11 aprel seçkilərinin iflic edilməsi olacaqsa, daxili və xarici şərtlər buna imkan yaradacaqsa, o zaman biz də həvəslə boykota qoşulacağıq”.

Bahar RÜSTƏMLİ
AzNews.az