Qanunsuz ov edən şəxslər cərimələnib

7 Fevral 2018 15:58 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, aşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.