Əhmədinejad başsağlığı verdi

6 Mart 2013 12:24 (UTC+04:00)



Venesuala prezidentinin səlahiyyətlərini icra edən edən Nikolas Maduroya ünvanlanan məktubda "xristian torpağından bərabərlik və liberalizm" simvolu olan "böyük ruhun" ölümü ilə bağlı təssüfləndiyini qeyd edir.
Maduro hazırda Venesuella prezidentinin səlahiyyətlərini icra edir. Venesuelanın xarici işlər naziri Elias Xuanın sözlərinə görə, yeni prezident 30 gün ərzində seçiləcək.
Əhmədinejad məktubunda qeyd edib ki, Venesuela şəhid olmuş "öz ağıllı və cəsarətlə inqilabçı"sını itirib.
Əhmədinejad həmçinin qeyd edib ki, Uqo Çaves adı insanlara təmizliyin, mehribanlığın, cəsarətin və insanlara sevginin simvolu kimi tanışdır.
"Uqo Çaves Latın Amerikası tarixində bütün cəsur inqilabçıların varisi və simvoludur", - deyə İran prezidentinin məktubunda qeyd olunub.
Məktubun sonunda İran prezidenti Venesuela xalqına xoşbəxtlik, sağlamlıq, əmin-amanlıq arzulayıb.

AzNews.az