Xəzər rayonunda qeyri-qanuni ibadət yeri aşkarlanıb

7 Fevral 2018 18:43 (UTC+04:00)

AzNews.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Bəşirov Valeh Əvəz oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.