AzNews.az ARB-ə istinadən xəbər verir ki, Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Baydarlı, Şotavar və Tasmalı kəndlərində, o cümlədən şəhər ərazisində bir neçə dükandan oğurluq edən Bəhmətli kənd sakinləri Elsevər və Eldəniz Muradov qardaşları saxlanılıb.
Əvvəllər də məhkum olunmuş qardaşlar mağazalardan pul, tütün məmulatları və kontur oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.