AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
AzNews.az Minval.İnfo-ya istinadən xəbər verir ki, havalandırma sistemində yaranan elektrik probleminə görə baş verən yanğın nəticəsində restoranda yanğın baş verib.
Əraziyə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. Restoran yaşayış binasında yerləşdiyi üçün sakinlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.