Ağdamda avtomobil 3 piyadanı vurub

7 Fevral 2018 21:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə İmanqulubəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 3 piyadanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları, yaralananların şəxsiyyəti müəyyənləşdirilir.