İtaliyada kimya zavodu partladı
7 Fevral 2018 21:33 (UTC+04:00)
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın ardınca yanğın baş verib.
Hadisə nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Yanğını söndürmək üçün əraziyə 15 yanğınsöndürən maşın cəlb edilib. Partlayışın gücündən yaxınlıqdakı bir neçə avtomobilə də zərər dəyib.