Usta 4-cü mərtəbədən yıxılaraq öldü - Bakıda

8 Fevral 2018 10:44 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Mətbuat prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin fasadında təmir işləri aparan 1989-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bədəlov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az