AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, videoda ilk dəfə olaraq, ön xətdə əli silahlı qadınlar görünüb. Ekspertlər bunu terrorçuların acınacaqlı vəziyyəti ilə əlaqələndirirlər. Belə ki, İŞİD qanunlarına əsasən, qadınlar istisna hallarda əllərinə silah ala bilər. "Sıravi" həyatda qadınlara evdə qalmaq və uşaqlara baxmaq əmr edilir.
Kifayət qədər silah-sursata baxmayaq, İŞİD-in ən böyük problemi canlı qüvvənin azlığı ilə bağlıdır.