Milli Kitab Mükafatı Müsabiqəsində qalmaqal: “20-lik dəyişə bilər”

6 Mart 2013 12:55 (UTC+04:00)



Milli Kitab Mükafatının sədri Nigar Köçərli müsabiqənin "uzun siyahı"sına düşənlərin narahatçılığını pozan açıqlama ilə çıxış edib: "Yaxın günlərdə apellyasiya olacaq. Ekspertlərlə müzakirə etsinlər. Əgər hansısa yazıçının arqumenti güclü olacaqsa, ekspertlər öz seçimlərinə yenid’n baxa və onda Apellyasiya Şurası 20-liyə dəyişiklik edə bilər".

Ekspertlər Şurasının üzvü Zahir Əzəmət AzNews.az-a açıqlamasında bildirdi ki, o, bir ekspert olaraq, Apellyasiya Şurasının əleyhinə olub:

"Müsabiqəyə 200 əsər təqdim olunub. Hər bir müəllifə ayrıca izahat vermək kimi öhdəlik də götürməmişik. Heç bir müsabiqədə belə bir hal yoxdur. Bəzi müəlliflər iddia edir ki, onların əsərləri oxunmayıb. Hesab edirlər ki, ən yaxşı əsər onlarındı. Bunun bir düsturu yoxdur ki, biz onlara hər hansı bir şəkildə nəyisə sübut edək. Bunun üçün biz gərək Maksim Qorki adına Ədəbiyyat İnstitutunu burada yaradıb beş il onlara dərs keçək. Hər halda müzakirəyə açıq olmalıyıq. Onlar da öz iradlarını səsləndirməyə haqqı var. 20-liyə düşən hər hansı bir müəllifi "uzun siyahı"dan çıxarmaqdan söhbət belə gedə bilməz. Amma siyahı bir qədər uzanıb 20 deyil, 25 ola bilər".

Bahar Rüstəmli
AzNews.az