Bred Pitt sürücüləri təəccübləndirdi

8 Fevral 2018 15:04 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Bred Pitti yanlarında görən digər sürücülər öz təəccüblərini gizlədə bilməyiblər.

Los-Ancelesdə digər 2 avtomobillə kiçik bir qəzaya düşən Bred Pitt qarşı tərəflərin məlumatlarını kiçik bir kağıza qeyd edib.

54 yaşlı oyunçu, hər bir məsuliyyətli vətəndaş kimi, digər nəqliyyat sahibləri ilə görüşüb, onlara əlaqə saxlamaq üçün məlumat da verib.