AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, olay 2017-ci ilin aprelində Uayt şəhəri yaxınlığında baş verib. Avtomobil sürməyə icazəsi olmayan sürücü əmrlərə itaət etməyib və aradan çıxmağa çalışıb. Polislər bir müddət onu saatda 80 km sürətlə təqib ediblər. Xidməti maşınların zərər görməməsini əsas gətirən şərif onun vurulmasını əmr edib.
Ölən sürücünün arvadı şərifi məhkəməyə verib. O, ərinin qaçmağa çalışmasını onun qorxduğu ilə izah edib.
Qadın həmçinin bildirib ki, polis ərini öldürmək əvəzinə onu maşınların benzini bitincəyə qədər təqib edə bilərdi.
