Qurbanov və Qriqorçukdan müraciət - “Onlar üçün darıxmışıq”

8 Fevral 2018 17:10 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Klubların keçdiyi təlim-məşq toplanışının ardından ilk turda maraqlı qarşılaşma baş tutacaq.

Belə ki, çempionluğa iddialı iki komanda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək.

Azərbaycan çempionatının qalibinin adına böyük ölçüdə aydınlıq gətirən matçdan öncə hər iki komandanın baş məşqçiləri - Qurban Qurbanov və Roman Qriqorçuk, eyni zamanda “Qəbələ”nin futbolçuları azarkeşləri stadiona dəvət ediblər. Ağdam təmsilçisinin baş məşqçisi oyunçularının adından “Qarabağ” azarkeşləri üçün darıxdığını və onları meydançada görmək istədiyini bildirib.

AzNews.az