Millimizin rəqibi finala çıxdı

8 Fevral 2018 23:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün turnirin ilk yarımfinal matçı keçirilib.

1/4 finalda yığmamızın qapısından 8 top keçirən Portuqaliya Rusiya ilə üz-üzə gəlib.

3:2 hesablı qələbə qazanan Portuqaliya AÇ-2018-nin finalına adlayıb.

Qeyd edək ki, Avropa çempionatında digər finalçının adı isə Qazaxıstan - İspaniya matçında müəyyənləşəcək.