Bakıda sürücü özbaşınalığı

6 Mart 2013 13:27 (UTC+04:00)



Bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının gördüyü tədbirlərin nəticəsi olaraq yanvarın 1-dən martın 5-dək Bakı şəhəri üzrə 105030 inzibati protokol tərtib olunub.
Bölmə rəisi qeyd edib ki, bu müddət ərzində avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 501, işıqforun qırmızı işığında hərəkət edən 2188, sürət həddini aşan 6473 sürücü məyyən edilərək barələrində inzitbati protokol tərtib edilib.
Bundan əlavə, 348 dövlət nömrə nişanı olmadan avtomobilin idarə edilməsi, 834 sərnişindaşıma qaydalarının pozulması, 336 ötmə-manevr qaydalarının pozulması, 6509 yol ayrıclarını keçmə qaydalarının pozulması, 37 avtoxuliqanlıq, 1275 sürücülük vəsiqəsi olmadan, avtomobili icazə verilməyən pərdə və plyonka ilə idarə etdiyinə görə isə 3624 fakt aşkar edilib.
Bu müddətdə yol-hərəkət qaydalarını pozan 17786 piyada barəsində də cəza tədbiri olaraq inzibati protokol tərtib edilib.
Əsədov bildirib ki, yanvarın 1-dən martın 5-dək paytaxt ərazisində 154 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən hadisələr nəticəsində 53 nəfər ölüb, 143 nəfər xəsarət alıb.

AzNews.az