Biri evdə, biri meşədə... - Yenə intihar

9 Fevral 2018 10:43 (UTC+04:00)

APA-nın məlumatına görə, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Fərrux oğlu Nemətov yaşadığı evin damında, Qəbələ rayonu Seyidqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Elman İlyas oğlu Qədirov isə meşədə özünü asaraq intihar ediblər.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az