AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdə eyni zamanda qəssablıq edən 50 yaşındakı Ünüvar jurnalistə verdiyi açıqlamada 2015-ci ilin sentyabr ayının 19-da Ankarada prezident Ərdoğanın dəvəti ilə qatıldığı muxtarlar toplantısının həyatını tamamilə dəyişdirdiyini söyləyib.
Toplantıdan sonra prezidentin onlarla bir müddət söhbət etdiyini və fotoşəkil çəkdirdiklərini deyən Ünüvar "Muxtarlar toplantısından sonra söhbət edərkən hörmətli prezidentimiz köynəyimin cibindəki siqaret qutusunu gördü. Məndən siqareti tərgitməyimi istədi. Mən də söz verdim. O gündən bu yana siqaret çəkmirəm" deyə açıqlayıb.
Siqaret çəkməyə 17 yaşında başladığını və fasiləsiz 30 il ondan istifadə etdiyini deyən Ünüvar indi çox rahat olduğunu bildirib. O, siqaret çəkən hər kəsə onu tərgitməyi tövsiyə edir.