Ağdamda zəncirvari qəza - Foto

9 Fevral 2018 22:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində qeydə alınmış qəza zamanı 3 minik maşını - "VAZ-2106", "VAZ-2107" və "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə zamanı "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polisində araşdırma aparılır.