Deputatlar Avstriyaya gedir

10 Fevral 2018 10:30 (UTC+04:00)

Milli Məclisdən verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) və Vyana Birgə institutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda ÜTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Millət vəkillərimiz müzakirə edilən məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

AzNews.az