"Publika" "UfacityNews.ru" saytına istinadən xəbər verir ki, daşıyıcı ötən gündən etibarən sözügedən istiqamətdə biletləri satışa çıxarıb.
Ufa-Bakı-Ufa reysləri martın 29-dan başlayaraq "AN-148" hava gəmiləri vasitəsi ilə cümə axşamları yerinə yetiriləcək. Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqədir. Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.
Hər iki istiqamətdə uçuş biletinin promo-tarif üzrə minimal qiyməti təqribən 600 manat (20 516 rubl) təşkil edir.
AzNews.az