Türkiyədə ağır yol qəzası - 8 ölü, 8 yaralı

10 Fevral 2018 12:03 (UTC+04:00)

Apa-nın “Haber7”-yə istinadən verdiyi xəbərə görə, Kahramanmaraş şəhərinə gedən istiqamətdə sərnişin avtobusu yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Ölənlərin əksəriyyəti avtobusda olan sərnişinlərdir. Onların Ankaradan qayıtdıqları deyilir.

Hadisə yerinə xilasetmə qüvvələri, təcili yardım briqadaları cəlb edilib.