Meksikada içində radioaktiv maddələr olan konteyner oğurlandı

10 Fevral 2018 12:31 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, konteyner yanvarın 8-də Quanajuato əyalətində avtomobildən oğurlanıb. O zamandan etibarən konteyneri tapmaq mümkün olmayıb.

Mütəxəssislər yükün son dərəcə təhlükəli olduğu ilə bağlı xəbərdarlıq ediblər və konteynerin heç bir halda açılmamasını xahiş ediblər, əks halda materiallarla təmasda olan hər bir kəs zərər görə bilər.