“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq davam etdirilir.
Təhsil Kompleksinin direktoru Sara Xanlarova açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.
Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
14:36
***
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
AzNews.az-ın “Virtualaz.org”a istinadən verdiyi məlumata görə, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.
Qeyd edək ki, baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olub və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.
AzNews.az