AzNews.az FHN-in saytına istinadən xəbərəverir ki, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən kafenin tüstü bacasının ətrafı 4 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Xaçmaz rayonunda da ümumi sahəsi 24 m2 olan mətbəxdə mebel 3 m2 sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Bitişik tikililər və mətbəxin qalan hissəsi yanğından mühafizə edilib, yanğın söndürülüb.