Avtobus qəzaya uğradı - 19 nəfər öldü

10 Fevral 2018 19:37 (UTC+04:00)

AzNews.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Yaralıların vəziyyəti ağırdır. Hadisə fevralın 10-da yerli vaxtla saat 18:00-da baş verib. Avtobus hələlik məlum olmayan səbəblərdən aşıb. Hazırda qəza yerində xilasedicilər, təcili yardım xidmətinin əməkdaşları və polislər var.

Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.