Qusarda yoxa çıxan 2 uşaq anası ilə bağlı təfərrüat - Yazdığı məktubda... + Video

10 Fevral 2018 22:32 (UTC+04:00)

Rəna 2 ay xəstəxanada müalicə alıb. Evə qayıtdıqdan sonra onda dəyişiklik baş verib. Rəna həyat yoldaşından ayrılmaq istəyib. Səbəb isə onun görüdüyü yuxu olub.

Ən maraqlısı odur ki, Rəna evdən gedən zaman məktub yazıb. Məktubda ailə üzvlərindən narazı olmadığını bildirib.

Bundan sonra Rəna evdəkilərlə sağollaşıb. Yazdığına görə, Bakıdakı bacılarının yanına üz tutub. Amma bacıları onu Qusara bibisigilə göndərib. 4 gün orda qalan qadın həmin evdən yoxa çıxıb. Bundan sonra heç kim ondan xəbər ala bilməyib. (Xəzər TV)