Xəzərdə "süd qasırğası" qeydə alınıb

11 Fevral 2018 10:46 (UTC+04:00)

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib.

Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.