Azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar - Foto + Video

11 Fevral 2018 12:21 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin azərbaycanlıların öz tarixi torpaqlarına, o cümlədən İrəvan xanlığı, Zəngəzur və Göyçəyə geri dönəcəyi barədə bəyanatı açıq səmada göy gurultusu effekti doğurmuş olub. Bu, təkcə ötən əsrlərimizin tarixini deyil, yaxın beş ildə yaşanan hadisələri yaddan çıxaranlar üçün effektiv səslənə bilər. Bugünkü Ermənistan məhz həmin Azərbaycan torpaqları üzərində qurulub. Həqiqətən də İrəvan, Zəngəzur və Göyçə uzun müddət Azərbaycan torpaqları olub. Lakin prezidentin çağırışı tək tarixi yaddaşlarının saxlanmasının zəruriliyi ilə bağlı deyil, həm də müasir Azərbaycanın ən böyük problemi olan və torpaqlarının 20 faizini işğal edən Ermənistanın işğalçı siyasəti ilə bağlıdır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində əvvəlki kimi hər hansı bir irəliləyiş hiss olunmur.


"Vestnik Kafkaza” nəşrində dərc olunan məqalədə (http://vestikavkaza.ru/news/Azerbaydzhantsy-dolzhny-vernutsya-na-istoricheskie-zemli.html) vurğulanır ki, danışıqlar prosesinin tez bir zamanda başa çatması istiqamətində nə bir irəliləyiş var, nə də vasitəçi dövlətlər tərəfindən işğalçı Ermənistana qarşı təzyiq. İşğalçı dövlət nəinki 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, hətta Azərbaycana qarşı yeni hücum planlarına hazırlaşır, yeni ərazilər ələ keçirmək planını rellallaşdırmağa çalışır. Bu planın reallaşdırılması istiqamətində mütəmadi olaraq İrəvanda yerli erməni "qırğıları” çıxış edirlər.

Dünya birliyi də ermənilərin "Bakıya gedib çıxmaq” çağırışlarını qulaqardına vurur. Vəziyyətin mahiyyəti belədir - davam edən müharibə, ərazilərin müdafiəsi və hər an düşmənin irimiqyaslı hücumlarına gətirib çıxara biləcək yeni təxribatlara hazır olmaq. Bütün bunlar prezident İlham Əliyevin bu günlərdə səsləndirdiyi bəyanatları şərh edən müşahidəçilərin diqqətindən yayınır. Lakin müharibə gedir, düşmən Azərbaycan torpağında dayanıb və hücuma hazılaşır. Belə vəziyyətdə erməni "diplomatları” vasitəçilərin zəif aktivliyi fonunda danışıqlar prosesini uzatmaqla məşğuldurlar. Bu hal dörd il bundan əvvəl - 2014-cü ilin avqustunda Ermənistan irimiqyaslı hərbi əməliyyatlara cəhd etdiyi tarixə qədər aydın idi. Və Azərbaycana qarşı hücumun şahidi Şahbaz Quliyev olub. İşğal altında olan Kəlbəcərdən məcburi köçkün düşmüş bu insan özünün iki həmyerlisi ilə 2014-cü ilin yayında doğma torpaqlarına qayıdıb. Orada əsir götürülüb və hazırda da həbsdədir. Cəbhə xəttini keçən zaman o erməni hərbi birləşmələrinin hərəkət istiqamətini çəkməyə müvəffəq olub. Videoda Şahbaz Quliyevin şərhlərindən görünür ki, Ermənistan Silahlı Qüvvələri qoşunlarını Daşkəsən istiqamətinə doğru irəlilədir və 2014-cü ilin avqustunda həyata keçirdiyi təxribatı təkrarlamağa çalışır. "Bu son iki saatda keçən ikinci birləşmədir. Aşağı hissədə erməni dəstəsi görünür. Burada təxminın 50 bina, hərbi kazarmalar, idman zalları yerləşir. Bu iri hərbi kolon Ağdərə istiqamətindən Daşkəsənə doğru istiqamət götürüb. Onların arxa hissəsində toplar görünür”, - deyə videoda Şahbaz bildirir.

"Artilleriya birləşməsinin getdiyi aydın görünür, əvvəlcə bir neçə ZDM getdi. Mənim gördüklərim sübut edir ki, Ermənistan Daşkəsənə üçüncü yolu açıb. Yəni onlar öz döyüş maşınları və tankları ilə asanlqla Daşkəsənə girə bilərlər. Hərbi texnika buradan gecələr də keçir. Və biz onları çəkə bilməmişik. Bu bir daha göstərir ki, onlar Dağlıq Qarabağın müdafiəsinə can atmırlar, Daşkəsəni, Tərtəri və Toğananı işğal etmək üçün güclü hərbi qüvvə yığırlar”, - deyə Şahbaz Quliyev əsir götürülməzdən bir neçə gün əvvəl bildirib. Bu kadrlar bir daha göstərir ki, hələ 2014-cü ildə, bəlkə də əvvəl Yerevan işğal altında olan torpaqlarda status-kvonun qorunub saxlanılmasına deyil, yeni Azərbaycan torpaqlarının işğal hesabına dəyişdirməyə çalışıb. İşğal olunan Azərbaycan torpaqları vasitəsilə onlar cəbhə zonasına, eləcə də Azərbaycanın digər dağlıq rayonlarla sərhəd ərazilərə silah daşıyır.

Xatırladaq ki, Daşkəsəni Azərbaycanın böyük əhəmiyyət kəsb edən Gəncə şəhərindən 36 km.məsafə ayırır. Rəsmi Bakı dəfələrlə bəya edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ötən həftə də bir daha xatırladılıb ki, birinci erməni dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Dağlıq Qarabağ münaqişə xəttindəki gərginlik və ermənilərin yeni hücumlara hazırlaşdığını Dilqəm Əsgərovdan sonra bizlər 2014-cü ilin avqustunda, 2015-ci ilin yanvarında, 2016-cı ilin aprelində və 2017-ci ilin iyulunda gördük. Prezident İlham Əliyevin də sözləri rəsmi Yerevana Azərbaycana qarşı hər hansı bir aqressiyana yol verilməyəcəyinə xəbərdarlıq kimi qarşılanmalıdır. Əgər bu siyasət davam edəcəksə, Azərbaycan ordusu hücuma keçib öz işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Əgər İrəvandakı "qırğılar” "Bakıya kimi getməyə” hazırdırlarsa, onda tarixi Azərbaycan torpaqlarına qayıtmaq barədə cavab bəyanatı təbii qarşılanmalıdır. Və Ali Baş Komandanın da qarşısında duran əsas vəzifə Konstitusiya ilə ona həvalə edilmiş sərhədlərin və vətəndaşlarının təhükəsizliyinin qorunub saxlanılmasıdır. Bütün bunlar isə Ermənistan tərəfindən təhlükə altındadır.

Azər

AzNews.az