“Keşlə” “Səbail”ə qalib gələ bilmədi

11 Fevral 2018 17:26 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, günün ilk matçında “Keşlə” öz meydanında “Səbail”i qəbul edib.

Yeni baş məşqçi Yuri Maksimovla meydana çıxan yenilənmiş “Keşlə” ilk matçında qələbə qazana bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tura “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

“Keşlə” – “Səbail” - 1:1

Qollar: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli. 34