Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

11 Fevral 2018 17:52 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V. Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D. Peskov deyib ki, V. Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.