"Meydanımız oynanılası halda deyil" - Kamran Ağayev

11 Fevral 2018 19:08 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Premyer Liqanın 15-ci turunun “Səbail”lə oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında “Keşlə”nin kapitanı Kamran Ağayev deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan təcrübəli qolkiper öz oyunundan narazı qaldığını bildirib:

“Öz çıxışımdan narazı qaldım. Kobud səhvə yol verdim. Amma futboldur, hər şey ola bilər. Əsas odur, sonradan toparlana bildik. Gələn oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Ağayev “Keşlə”nin hazırkı heyətinin yaxşı nəticələr qazanmağa qadir olduğunu söyləyib: “Hər şey ola bilər. Oyundan əvvəl baş məşqçi öz analizlərinə uyğun heyəti meydana buraxır. Özümüzə inanmasaq, bu işlə niyə məşğul oluruq ki?!

Sonda “İnter Arena”nın bərbad vəziyyətdə olduğunu deyən Kamran bu cür meydançada məşq edərkən belə ehtiyatlı olduqlarını qeyd edib: “Bəzi amillər var ki, komandaya mənfi təsir göstərir. Kənardan bəlkə də yaxşı görünür. Ancaq meydança bərbad gündədir. Futbol oynanılası halda deyil. Eşitdiyimə görə, “Sumqayıt”ın da meydançası belədir. 2 ildir Azərbaycan