Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı biznesmen də var - Siyahı

11 Fevral 2018 19:44 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.