Ona siqaret çəkdiyini irad tutan cərrahı öldürdü

12 Fevral 2018 12:27 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşındakı şübhəli Cozef Esmailinin məhkəmə prosesi bu gün başlayır.

O, 2017-ci ilin mayın 30-da "Boks Hill" xəstəxanasının girişində cərrah Patrik Pritsvald-Steqmanı öldürməkdə günahlandırılır.

Cərrah qadağan olunmuş yerdə siqaret çəkənlərə irad tutub. Bundan qəzəblənən gənc xəstəxanaya girib və onu vurub. Cərrah huşunu itirərək yıxılıb və ölüb.