Əfv Komissiyasının növbəti iclası olacaq

12 Fevral 2018 12:38 (UTC+04:00)

“Report”un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Xatırladaq ki, bu il Əfv Məsələləri Komissiyasının 3 iclası keçirilib, daxil olan 1000-dək müraciətdən 300-nə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

AzNews.az