Bakıda iki qadın itkin düşdü

12 Fevral 2018 16:32 (UTC+04:00)

“Ölkə.Az”-verilən məlumata görə, Gəncə prospekti, ev 25-də yaşayan 1970-ci il təvəllüdlü Nigar Əsədova yaşadığı mənzildən çıxaraq evə qayıtmayıb. Bu barədə polisə qadının yaxınları məlumat verib.

Digər itkin düşmə faktı Xətai rayonunda qeydə alınıb. Xocalı prospekti, ev 20-də yaşayan 2000-ci təvəllüdlü Fatimə Tərlan qızı Rəsulaova da itkin düşüb. Hər iki faktla bağlı Xətai RPİ-də araşdırmalara başlanılıb.

AzNews.az