Sərxoş oğlan asma körpüyə çıxaraq özünü öldürmək istədi - Bakıda

12 Fevral 2018 17:30 (UTC+04:00)

“Report”un məlumatına görə, ərazidə olan polisin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısını ala bilib.

O, saxlanılaraq polis idarəsinə aparılıb. Araşdırma zamanı intihar etmək istəyən şəxsin 1989-cu il təvəllüdlü Hafiz Salmanov olduğu müəyyən edilib.

H.Salmanovun intihar etmək istəyən zaman sərxoş vəziyyətdə olduğu məlium olub.

AzNews.az