AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Fələstinin dövlət başçısı Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
O, bildirib ki, ABŞ-ın iştirakı ilə yaradılan bu mühitdə biz ABŞ ilə hər hansı əməkdaşlığı rədd edirik, çünki biz ona qarşıyıq.
"Biz çoxtərəfli vasitəçilik formatına qarşı deyilik, məsələn, İran işində olduğu kimi dörd və ya daha çox ölkənin vasitəçiliyi də ola bilər" deyən Abbas, bir ortağın yerinə, bir neçə ölkənin iştirakının daha yaxşı ola biləcəyini söyləyib.