Litvanın yarısını qrip epidemiyası bürüdü

13 Fevral 2018 10:10 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yayılan xəstəliklərlə bağlı AİDS Mərkəzinin mətbuat xidməti açıqlama verib.

Həkimlərin dediyinə görə, ölkənin bütün 60 yerli icra orqanından 30-u qrip epidemiyası elan edib.

Litvanın qrip və ARVI epidemiyası həftədə 10 000 nəfərdən 100-ü xəstə olduqda elan edilir.

Bölmənin məlumatına görə, Litva Respublikasında qrip və ARVI-yə yoluxanların ümumi sayı hər 10 min nəfərə görə 185.2 nəfərdir.