Sürücülərə şad xəbər - Bu yola işıqfor qoyulacaq

13 Fevral 2018 10:30 (UTC+04:00)

Bu barədə Axar.az-a açıqlama verən hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Əhməd Rəcəbli küçəsi, Elit Ticarət Mərkəzinin yaxınlığında 3 yolayrıcında mütəmadi olaraq yaranan problem aradan qaldırılacaq.

Ekspert bildirib ki, sözügedən yolda düz hərəkət etmək istəyən zaman sağdan və soldan gələn avtomobilləri gözləmək vacibdir. Bu isə tez-tez problem yaşadır. Sürücülər avtomobillərin bir qədər seyrək olduğu zaman hərəkət edəndə cərimələnir. Ona görə də bəzən dəqiqələrlə gözləmək lazım gəlir və tıxac yaranır.

“Bu problemlə bağlı lazimi yerlərə artıq müraciət etmişik. Yaxın zamanlarda əraziyə işıqfor quraşdırılacağı barədə məlumat verilib”, - ekspert deyib.

AzNews.az