Sosial-demokratlardan seçki qərarı: Araz Əlizadə namizəd oldu

13 Fevral 2018 11:50 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında sözügedən partiyanın sədri Araz Əlizadə məlumat verib. O, qeyd edib ki, partiyanın mərkəzi komitəsinin fevralın 12-də keçirilən plenumunda bu barədə qərar qəbul edilib:

“Partiya mənim namizədliyimi irəli sürdü. Aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az